Prokuror `Dəli Samir`ə 13 il iş istədi


19:15     25 Aprel 2017 1398947325_mehkeme.jpg

Qanunsuz silah saxlama və narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanovla hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, S. Aslanovun 13 il, F. Əfəndiyevin isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 28-də davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci ilin martında Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Aslanov saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkarlanıb.

S.Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1907